ain.az, Metbuat saytına istinadən bildirir.
Misli Premyer Liqasının VI turu “Şamaxı” üçün əlamətdar olub.
Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
“Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan “Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub. 1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb.
Qeyd edək ki, yalnız iki komanda - “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.