EN

220 saylı məktəb-liseydə “Müəllimlər günü” gərginliyi – Xəbərdarlıq

Bakı şəhər Nizami rayonu Elşən Süleymanov 92 ünvanında yerləşən 220 nömrəli məktəb-liseydə valideynlərdən pul toplanması haqda məlumat vermişdik.

News24.az xəbər verir ki, məktəbin "Facebook" səhifəsində paylaşım edilərək, bildirilib ki, müəllimlər günü ilə bağlı hər hansı vəsaitin yığılması yolverilməzdir:

"5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və ya qeyri-maddi nemətlərin, o cümlədən qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və s. bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağandır. Pozuntulara yol verən şəxslər qanunvericiliyin tələblərinə  əsasən məsuliyyət daşıyacaqlar". Toyuqlu pizza

Valideynlərin sözlərinə görə bu xəbərdarlıq bütün valideyn qruplara göndərilib və məktəbdə xüsusi yoxlamaların olduğu qeyd edilib.

Qeyd edək ki, saytımız bununla bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışdı. İdarədən sorğumuza cavab olaraq bildirilmişdi ki, məslə ilə bağlı araşdırmalar aparılacaq:

"Paytaxtdakı 220 məktəb-liseydə vəsait toplanması iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".(Yenisabah.az)


Chosen
42
5
news24.az

6Sources