EN

Fərid Şəfiyev: Azərbaycana qarşı Yaxın Sərq mövzusunda dezinformasiya kampaniyası aparılır

Azərbaycana qarşı Yaxın Sərq mövzusunda dezinformasiya kampaniyası aparılır.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Fərid Şəfiyev bildirib ki, Azərbaycana qarşı kampaniya əvvəllər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı idisə, indi Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır.

O, TDT daxilində parçalanma yaratmağa xidmət edən bu qəbildən olan kampaniyalar da aparıldığını deyib. Buna misal kimi Avropa İttifaqı ilə Orta Asiya ölkələrinin keçirdiyi yüksək səviyyəli tədbiri misal gətirib: "Bəzi geosiyasi aktorlar belə müəyyən görüşlər çərçivəsində təşkilatın gündəliyinə zərər vurmağa cəhd edirlər".

Onun sözlərinə görə beyin mərkəzlərinin bu gün keçirdiyi konfrans məhz belə dezinformasiya kampaniyalarına qarşı həll yollarını tapmağa kömək edir.

Chosen
6
6
apa.az

7Sources