EN

Avropada ən populyar avtomobilin adı açıqlanıb

Ötən ay Avropada yeni minik avtomobillərinin qeydiyyatı 5% artaraq (2024-cü ilin avqust ayı ilə müqayisədə) 790 177 ədəd təşkil edib...

Poliqon xəbər verir ki, bu barədə "Motor1" məlumat yayıb.

Volkswagen T-Roc krossoverinə ən çox tələbat olub və ayı demək olar ki, 15 min avtomobil satışı ilə başa vurub. Onun ən yaxın rəqibləri Dacia Sandero və Toyota Yaris Cross olub. Hər iki model liderdən xeyli geri qalır, baxmayaraq ki, fərq kritik deyil.

Avropanın ən populyar TOP-10 avtomobili:

1. Volkswagen T-Roc – 14693 ədəd (+14%);
2. Dacia Sandero – 13834 (-11%);
3. Toyota Yaris Cross – 12201 (-8%);
4. Volkswagen Tiguan – 12094 (+23%);
5. Renault Clio – 12091 (-1%);
6. Hyundai Tucson – 11350 (+28%);
7. Dacia Duster – 9813 (-16%);
8. Toyota Yaris – 9666 (-6%);
9. Opel Corsa – 9585 (+2%);
10. Volkswagen Golf – 9444 (-2%).

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources