Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “Apa.az”a istinadla xəbər verir ki, minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Orxan Şəfiyev və 2003-cü il təvəllüdlü M.Musayeva xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, qəzada xəsarət alan Orxan Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media