EN

Qurban Qurbanovun mətbuat konfransının vaxtı

Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) matçından əvvəl təşkil ediləcək mətbuat konfranslarının vaxtları məlum olub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Saat 18.00-da “Azərsun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16.45-də start götürəcək. Danimarka təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 15.30-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20.45-də başlayacaq.

Chosen
36
12
football-plus.az

10Sources