EN

COP31 üçün ortaq təşkilatçılıq gündəmdədir – Azərbaycan vasitəçilik edir

Azərbaycan COP31-in təşkili ilə bağlı Türkiyə və Avstraliya arasında gedən danışıqlarda vasitəçilik edir.

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib:

“COP29 sədrinin mənə verdiyi mandata əsasən, Türkiyə və Avstraliya arasında gedən danışıqlarda vasitəçilik edirəm. Ötən həftə Nyu-Yorkda kifayət qədər intensiv görüşlərimiz, müzakirələrimiz oldu. Danışıqlar müsbət istiqamətdə irəliləyir və yaxın gələcəkdə nəticələrə şahid olacağıq. Bəlkə də ortaq COP təşkilindən söhbət gedə bilər”,- deyə Yalçın Rəfiyev vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
11
musavat.com

1Sources