EN

Xəzərdə dənizinin səviyyəsində ciddi azalma müşahidə olunur - AÇIQLAMA

Bakı. Trend:

Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ciildən başlayaraq dəniz səviyyəsində nəzərəçarpacaq azalma müşahidəolunur. 2021-2024-cü illərdə Xəzər dənizinin səviyyəsi 96 smazalıb.

Bu barədə Trend-in sorğusuna əsasən, Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi yanında Suların İstifadəsinə və MühafizəsinəDövlət Nəzarəti Xidmətindən bildirilib.

Qeyd edilib ki, səviyyənin aşağı düşməsinə əsas səbəb iqlimdəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperaturnəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çaylarınsu ehtiyatlarının azalmasıdır:

"Xüsusilə də, Volqa çayının su balansındakı dəyişikliklər buprosesdə mühüm rol oynayır".

Vurğulanıb ki, dəniz səviyyəsinin enməsi sahilboyuekosistemlərə, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatlarına,limanların fəaliyyətinə, nəqliyyat və infrastruktur layihələrinəmənfi təsir göstərir:

"Bu hal həm də region ölkələri üçün iqtisadi və sosialçətinliklər yaradır. Buna görə də gözlənilən risklərin qarşısınıalmaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalıtədbirlər zəruridir.

Bu məqsədlə Xəzərin iqlim, yağıntı, çay axımı, səviyyə planıXəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyiölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyəninaşağı düşməsi proqnozlaşdırılmalı, nəticəyə əsasən tədbirlərgörülməlidir".

Xidmətdən bildrilib ki, bu istiqamətdə görülən işlərçərçivəsində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsihaqqında" Çərçivə Konvensiyası Monitorinq və Qiymətləndirmə üzrəİşçi Qrupu tərəfindən "Xəzər Dənizinin Ətraf Mühitin MonitorinqiProqramı" hazırlanıb.

Chosen
16
8
az.trend.az

10Sources