EN

Tramp qeyri-qanuni mühacirlərin kütləvi həbsi üçün göstəriş verib

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Çikaqo şəhərində qeyri-qanuni mühacirlərin kütləvi həbslərinə başlanılıb. Vətəninfo.az xəbər verir ki, bu məqsədlə ABŞ Sərhəd Xidmətinin çoxsaylı əməkdaşları şəhərə ezam edilib.

Məlumata görə, bu addım prezident Trampın Çikaqoda asayişi bərpa etmə planlarının bir hissəsidir.

Eyni zamanda, ABŞ-da terror təşkilatı kimi tanınan “Antifa” hərəkatının üzvləri də hüquq-mühafizə orqanları tərəfindən saxlanılır.

Çikaqo meri Brandon Conson baş verənləri “şəhərdə qorxu və militarizasiya mühitinin yayılması” kimi qiymətləndirib. O, yerli sakinləri ABŞ Konstitusiyası ilə təmin olunmuş hüquqlarını unutmamağa çağırıb.

Chosen
10
veteninfo.az

1Sources