EN

Zelenski çətin durumda: buna görə qəzəblidir

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kütləvi hücumlarına cavab verə bilmədiyinə görə qəzəblənib”.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı analitik və hərbi ekspert Aleksandr Merkuris deyib.

“Düşünürəm ki, Zelenskinin son bəyanatlarında məyusluq yox, qəzəb var. Çünki Ukrayna Rusiyanın bu hücumlarına cavab vermək üçün yaxşı vəziyyətdə deyil. Ukrayna lideri anlayır ki, Qərb lazımi dəstəyi versə belə, Kiyev hava hücumlarına cavab olaraq Moskvaya heç nə edə bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 28-nə keçən gecə Rusiya ordusu Ukraynadakı hədəflərinə irimiqyaslı zərbələr endirib.

Zelenski bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin hücumu 12 saatdan çox davam edib. O, qarşı tərəfi cavab zərbələri ilə hədələyib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
globalinfo.az

1Sources