EN

Azərbaycanın stolüstü tennis millisi MDB Oyunlarını 9 medalla başa vurub

ain.az, Azertag saytına istinadən bildirir.

Qəbələ, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın stolüstü tennis millisi III MDB Oyunlarında növbəti medallarını qazanıb.

AZƏRTAC xəbər verir ki, Adil Əhmədzadə və Mərziyyə Nurmətova fərdi yarışların finalında müvafiq olaraq, Yevgeni Vasikov və Zlata Terekova (hər ikisi Rusiya) ilə qarşılaşıblar.

Rəqiblərinə hər üç setdə uduzan idmançılarımız gümüş mükafata yiyələniblər.

Bununla da stolüstü tennis yarışları başa çatıb. Azərbaycan millisi Oyunları 6-sı gümüş, 3-ü bürünc olmaqla ümumillikdə 9 medalla bitiriblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
5
azertag.az

6Sources