AZ

Millimiz MDB Oyunlarını 9 medalla başa vurdu

Ajans.az xəbər verir ki, Adil Əhmədzadə və Mərziyyə Nurmətova fərdi yarışların finalında müvafiq olaraq, Yevgeni Vasikov və Zlata Terekova (hər ikisi Rusiya) ilə qarşılaşıblar. Rəqiblərinə hər üç setdə uduzan idmançılarımız gümüş mükafata yiyələniblər. Bununla da stolüstü tennis yarışları başa çatıb. Azərbaycan millisi Oyunları 6-sı gümüş, 3-ü bürünc olmaqla ümumillikdə 9 medalla bitiriblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
12
5
Ajans.az

6Mənbələr