EN

Hadisələri əvvəldən hiss etmək elmi cəhətdən necə izah olunur?

Bəzən insanlar baş verəcək bir hadisəni qabaqcadan hiss etdiklərini deyirlər. Elmdə bu fenomen "precognition" və ya "premonisiya" adlanır. Precognition gələcəkdəki hadisəni konkret bilmək, premonisiya isə daha ümumi "pis və ya yaxşı bir şey olacaq" duyğusu kimi izah olunur.

BAKU.WS xəbər verir ki, aparılan bəzi laboratoriya təcrübələrində insanların gələcək nəticələri əvvəlcədən doğru təxmin etdiyi hallar müşahidə edilsə də, bu nəticələr sabit və təkrarlana bilən dərəcədə güclü hesab edilmir. Araşdırmalarda çox vaxt təsadüflərin, yaddaşın seçiciliyinin və "təsdiqləmə qərəzi" deyilən psixoloji halın rol oynadığı vurğulanır. İnsanlar doğru çıxan hissləri xatırlayır, yanılanları isə unudurlar.

Neyroelm sahəsində edilən araşdırmalar göstərir ki, bəzən beynimiz qərar vermədən öncə şüuraltı siqnallar göndərir. Bu, insanda "hadisəni hiss etdim" təsiri yarada bilər. Lakin fizika və psixologiya baxımından bu fenomen səbəb-nəticə qanunlarını pozduğu üçün elmi olaraq tam qəbul edilmir.

Ümumilikdə, elm adamlarının qənaətinə görə hadisələri əvvəldən hiss etmək - maraqlı və araşdırılan bir mövzu olsa da - hələ ki, dəqiq elmi sübutlarla təsdiqlənməyib. Daha çox insan şüurunun işləmə mexanizmləri, təsadüflərin şərhi və intuisiya ilə bağlı izahlarla açıqlanır.

Chosen
10
1
far.az

2Sources