EN

Husilər Təl-Əvivdə hipersəsli raketlərlə hücum həyata keçirib

Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husilər Təl-Əvivdə bir sıra hədəflərə hipersəsli balistik raketlərlə zərbə endirib.

News365.az xəbər verir ki, hərəkətin hərbi nümayəndəsi Yəhya Saria bildirib ki, əməliyyat “Fələstin-2” raket sistemi vasitəsilə həyata keçirilib və planlaşdırılan məqsədlərə nail olunub.

Bu hücum hərəkatın İsrail ərazilərinə yönələn hərbi fəaliyyətinin davamı kimi qiymətləndirilir və regionda gərginliyin artmasına səbəb ola bilər.

News365.az 

Chosen
6
news365.az

1Sources