EN

Səfərdə 200-cü qol

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolunu vurub. Bu, Misli premyer-liqasının 6-cı turuna təsadüf edib.

"Football-plus.az" xəbər verir ki, “Sabah”la görüşdə (1:1) fərqlənən Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub. 200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb. “Sumqayıt” turnirin tarixində ən azı 200 səfər qolu vuran 9-cu komandadı.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin premyer-liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.

Chosen
20
9
football-plus.az

10Sources