EN

“Qarabağ” - “Kopenhagen” oyununa hakim təyinatları açıqlanıb

“Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb. Metbuat.az xəbər verir ki, qarşılaşmanı niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək.Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq.
VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Chosen
42
3
metbuat.az

10Sources