AZ

"Qarabağ" - "Kopenhagen" matçını türk hakim idarə edəcək

Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki,qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi türk əsilli Sərdar Gözübüyük olacaq. Ona yan xətdə Ervin Zeynstra ilə Patrik İnya kömək edəəcək. Dördüncü hakim funksiyasını isə Yannik Van Der Laan yerinə yetirəcək. VAR hakimi Rob Dyeperin, VAR hakiminin köməkçisi Yerun Manshot olacaq.

Xatırladaq ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20.45-də başlayacaq.

Seçilən
5
2
football-plus.az

10Mənbələr