EN

Nazir onları yeni rektora prorektor təyin etdi

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna iki prorektor təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, Rzayeva Adilə Cəlal qızı Təlim-tərbiyə işləri üzrə, Hüseynli Rüfət Akif oğlu Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunublar. 

Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Adilə Rzayeva Bakı Dəmir Yolu Xəstəxanası baş həkimin müavini, ixtisasca stomatol olaq Rüfət Hüseynli isə Tibb Universitetinin ortopedik stomatologiya fakültəsinin dosentidir. 

Xatırladaq ki, Nazim Pənahov 7 iyul 2025-ci il tarixli sərəncamla Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru  təyin olunub.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
16
qaynarinfo.az

10Sources