EN

“Qarabağ” - “Kopenhagen” oyununu idarə edəcək hakim AÇIQLANDI

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

İdman.biz UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyüka idarə edəcək.

Yan xətt hakimləri Erwin Zeinstra və Patrick Inia, dördüncü hakim isə Jannick Van Der Laan olacaq.

VAR-da Rob Dieper, AVAR-da isə Jeroen Manschot çalışacaq.

Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

İdman.biz

Chosen
16
4
idman.biz

8Sources