AFFA Fernandu Santuşun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçi postuna Ayxan Abbasovu təyin edəcək.
Manset.az Sportal.az-a istinadən xəbər verir ki, onunla yeni müqavilə barədə razılığa gəlinib.
Bu həftə federasiya daha əvvəl U-21 komandasını çalışdırmış gənc məşqçi ilə yeni müqavilə imzalayacağını açıqlayacaq.
Müqavilənin təfərrüatı hələlik məlum deyil.