EN

Məhkəmə Mixeil Saakaşvili barədə yeni qərar çıxarıb  

Tbilisi Şəhər Məhkəməsi Maliyyə Nazirliyinin vəsatəti əsasında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barədə yeni qərar çıxarıb.

AZƏRTAC xəbər verir ki, qərara əsasən, M. Saakaşvili Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı dövlət büdcəsinə ümumilikdə 9 milyon lari ödəməyə məcbur edib.

Məlumat üçün bildirək ki, onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü hissələri, yəni bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olaraq külli miqdarda pul vəsaitini qanunsuz mənimsəmə ilə bağlı ittiham irəli sürülüb.

Sözügedən iş üzrə M. Saakaşvili 8 il müddətinə azadlıqdan məhrum edilib, T. Canaşiya isə 300 min lari məbləğində cərimə olunub.

Chosen
10
4
azerbaijan-news.az

5Sources