EN

Beş azərbaycanlı sambocu finalda

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışlarına start verilib.

XQ xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilir. Beş çəkidə Azərbaycan təmsilçiləri finala yüksəliblər. Abdullətif Musayev (53 kq), Rüstəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+ 98 kq) qızıl medal uğrunda vuruşacaqlar. Eyni zamanda 71 kq-da Mikayıl Amirov və 88 kq-da Xəzər Əmrahlı yarımfinalda uduzublar və bürünc medal üçün mübarizə aparacaqlar. Medal görüşləri saat 17:00-da başlayacaq.

Cavid QAÇAYEV (foto)

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
4
xalqqazeti.az

5Sources