BAKI, 29 sentyabr. TELEQRAF
Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışlarına start verilib.
Teleqraf xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilir.
Beş çəkidə Azərbaycan təmsilçiləri finala yüksəliblər. Abdullətif Musayev (53 kq), Rüstəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+ 98 kq) qızıl medal uğrunda vuruşacaqlar. Eyni zamanda 71 kq-da Mikayıl Amirov və 88 kq-da Xəzər Əmrahlı yarımfinalda uduzublar və bürünc medal üçün mübarizə aparacaqlar. Medal görüşləri saat 17:00-da başlayacaq.