EN

Azərbaycanda icbari sığorta bazarı böyüyüb

2025-ci ilin yanvar-avqustunda ölkədə icbari sığorta növlərinin hesabına 249,861 milyon manat sığorta haqqı toplanılıb.  Bu, da evvelki ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.  Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

İcbari sığorta növləri üzrə ödənişlərin məbləği 92,675 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8,4 % çoxdur.

8 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 36,4 manat olub.

Cari ilin səkkiz ayında  sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.

2024-cü  ilin birinci rübündə sığorta xətti ilə 373,14 milyon manat vəsait yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur. 
  
Bundan əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımov söyləyib ki, Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata çatıb.
  
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.

Aytac

Chosen
3
1
anews.az

2Sources