EN

Paşinyan AŞPA sədri ilə regional məsələləri müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulosla görüşüb.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş Nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Baş naziri və AŞPA sədri regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Qeyd olunub ki, həmsöhbətlər avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını xüsusi vurğulayıblar və əlavə ediblər ki, sülhün bərqərar olması əməkdaşlığın inkişafına və regionda sabitliyin təmin olunmasına əhəmiyyətli təkan verəcək.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
5
19
missiya.az

10Sources