AZ

Paşinyan AŞPA sədri ilə sülhü müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı Ermənistan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlıq gündəliyi müzakirə edilib.

Tərəflər AŞPA ilə qurulan işgüzar əlaqələrə, monitorinq formatlarında əməkdaşlığa da toxunublar. Həmsöhbətlər vurğuladılar ki, Ermənistan-Avropa Şurası tərəfdaşlığının dərinləşməsi həm institusional dayanıqlıq, həm də Avropa hüquqi məkanı ilə inteqrasiya prosesləri üçün vacibdir.

Paşinyan Ermənistanın regionda sülh gündəliyinin təşviqində, fundamental azadlıqların qorunmasında, məhkəmə sisteminin səmərəliliyinin artırılmasında Avropa Şurasının rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Ermənistanın baş naziri və AŞPA sədri regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını xüsusi vurğuladılar və əmin olduqlarını bildirdilər ki, sülhün bərqərar olması əməkdaşlığın inkişafına və regionda sabitliyin təmin olunmasına yeni və əhəmiyyətli təkan verəcək.

Ağarza Elçinoğlu 

Seçilən
6
19
unikal.az

10Mənbələr