EN

Muxtar Babayev: Azərbaycanda keçən il qəbul olunmuş çağırışlar və təşəbbüslər COP30-da davam edəcək

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan bu gün iqlim və ətraf mühit sahəsində 20 beynəlxalq konvensiyanın üzvüdür. Bu, ölkəmizin bu siyasətə verdiyi dəyərin bariz nümunəsidir. Həmçinin COP29-un keçirildiyi ərəfədə Azərbaycan parlamenti ilə birgə çox vacib iclaslar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində keçirilən “İqlim dayanıqlılığı və sıfır emissiyaya keçid üçün iqlim qanunlarının və təşkilatlarının gücləndirilməsi” mövzusunda dəyirmi masada Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, Azərbaycanda keçən il qəbul olunmuş çağırışlar və təşəbbüslər COP30-da davam edəcək: “İqlim və ətraf mühit sahəsində parlamentin rolu böyükdür. Çünki qanunvericilik orqanında qəbul olunan qanunlar bu sahədə effektiv tədbirlərin əsasını təşkil edir. Biz bilirik ki, yaxın zamanda Türkiyədə ilk iqlim qanunu təsdiqlənib. Bu, olduqca vacib və təşviqedici addımdır. Ümid edirəm ki, Türkiyədə qəbul edilən bu qanun digər ölkələr üçün də nümunə olacaq və qlobal əməkdaşlıqda yeni imkanlar açacaq”.

COP29-un Prezidenti vurğulayıb ki, Azərbaycan davamlı olaraq beynəlxalq təcrübəni öyrənir.” Təcrübələri yerli qanunvericilikdə və siyasətdə tətbiq edirik. İqlim və ətraf mühitin qorunması yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün prioritet məsələdir”, - deyə o diqqətə çatdırıb.

 

Chosen
23
2
azertag.az

3Sources