EN

İrəvandan Zəngəzur açıqlaması: Bakının belə deməsində heç bir qəbahət yoxdur

BAKI, 29 sentyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan birlikdə sülhə doğru gedir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaqarşak Akopyan jurnalistlərlə söhbətində “Tramp yolu”nun Bakıda Zəngəzur dəhlizi adlandırılmasını sualını cavablandırarkən deyib.

“Hesab edirəm ki, həm biz, həm də Azərbaycan sülhə doğru gedir və artıq sülhün bərqərar olduğunu demək olar. Amma sülh prosesinin özü də müəyyən məsələlərin aydınlaşdırılmasını nəzərdə tutur. Məsələn, həm bizim, həm də onların cəmiyyətlərində mövcud məsələlərə aydınlıq gətirilməsində heç bir qəbahət görmürəm”, - o qeyd edib.

Akopyan bəzi məsələlərin davam edən sülh prosesi zamanı həll olunacağına inandığını bildirib: “Çox çətin prosesdən keçmişik və sülh deyilən bir mərhələ var. Bu, ən mühüm məsələdir və bunun ən mühümü də, onların həlli üçün medialararası hissə olacaq”.

Chosen
29
teleqraf.com

1Sources