EN

Cabir, bu, sənin ən pis zarafatın oldu Fotolar

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.

Axşam.az-ın məlumatına görə, aktyorun vəfatı ilə bağlı məşhurlar sosial media hesablarında paylaşımlar ediblər.

Xalq artisti Alim Qasımov C.İmanovla fotolarını yayımlayaraq bunları yazıb:

"Hər kəsin üzündə gülüş yaradan qəlbi gözəl sənətkar Cabir qardaşımız, çox tez köçdün bu dünyadan. Allah sənə rəhmət eləsin, nurlar içində yat. Qəlbimizdə səhnəmizdə hər zaman yerin görsənəcək...".

Əməkdar artist Abbas Bağırov mərhum aktyorla şəkillərinə "Kaş bu xəbər doru olmayardı. Cabir, Allah sənə rəhmət eləsin. Sən yaxşı insan, yaxşı dost idin" deyə yazıb.

Aparıcı Leyla Quliyeva isə "Bu, sənin ən pis zarafatın oldu, Cabir" deyə, paylaşımında bildirib.

Məşhurların digər paylaşımlarını təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
2
axsam.az

3Sources