EN

2025 ci ilin premium flaqmanı “HUAWEI Pura 80”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“HUAWEI Pura” seriyasının varisi kimi təqdim edilən “HUAWEI Pura 80” və “Pura 80 Pro2 modelləri 2025-ci ilin ən gözlənilən smartfonlarından birinə çevrilib. Bu cihazlar şirkətin kamera texnologiyaları, performansı və zərif dizaynı baxımından yeni addımını təmsil edir. 

Əsas kamera 1/1.3 düymlük sensor və f/1.6 - f/2.4 dəyişən diafraqması ilə təchiz edilib. Bu, işıq şəraitindən asılı olaraq avtomatik və ya əl ilə diafraqmanı dəyişməyə və peşəkar fotoaparatlar kimi dərinlik və işıq miqdarını idarə etməyə imkan verir. HUAWEI Pura 80 Pro daha da inkişaf etdirilmiş periskop telefoto lens ilə fərqlənir və 4x optik yaxınlaşdırma, həmçinin 100x-ə qədər rəqəmsal yaxınlaşdırma təklif edir. Hər iki model XMAGE rəng profillərini dəstəkləyir və AI köməklii alqoritmlər gecə çəkimi, portret və makro rejimlərində əla nəticələr verir. Ekran genişliyi flaqmanda 2760 × 1256 Pixeldir. Bu isə 460 ppi deməkdir.

Güclü performans və zərif dizayn

Cihazların daxilində HUAWEI-in ən yeni Kirin 9010S və 9020 çipləri tətbiq olunub. Bu prosessor azaldılmış enerji istehlakı ilə yüksək performans göstərir. HUAWEI Pura 80 6.6 düymlük, HUAWEI Pura 80 Pro isə 6.8 düymlük LTPO OLED displeylərlə təchiz olunub. Hər ikisinin təzələmə tezliyi 1-120 Hz diapazonunda dəyişir, bu da həm yumşaq interfeys, həm də enerjiyə qənaət təmin edir. Pik parlaqlıq 2800 və 3000 nit-ə çatır, bu da günəş işığında yaxşı oxunaqlılıq deməkdir. Operativ yaddaş 12 GB, daxili yaddaş isə 256 GB və 512 GB variantlarında təqdim olunur. Dizaynda arxa panelin "Xameleon" effekti diqqət çəkir, baxış bucağından və işıqdan asılı olaraq rəngi dəyişir. Cihazlar IP68/69 standartına uyğun olaraq su və tozdan qorunur.

Azərbaycanda “AppGallery” – Mobil həyatın mərkəzi

"HUAWEI AppGallery" artıq dünyanın üçüncü ən böyük tətbiq mağazası olmaqla yanaşı, Azərbaycan üçün lokal üstünlüklər də təqdim edir. İstifadəçilər Google-un tətbiqlərini rahatlıqla yükləyə, WhatsApp və digər ünsiyyət vasitələrindən sərbəst istifadə edə bilirlər. Əlavə olaraq, bank xidmətləri, taksi tətbiqləri, onlayn ticarət və əyləncə platformaları lokal bazara uyğun şəkildə təqdim olunur. Sosial şəbəkələr və məşhur oyunlar da AppGallery-də asanlıqla əlçatandır. Qabaqcıl təhlükəsizlik mexanizmləri şəxsi məlumatların qorunmasını təmin edir, “Gift Center” isə əlavə bonuslar təqdim edir. Həmçinin, AppGallery mütəmadi yenilənən məzmunu, xüsusi kampaniyaları və istifadəçi yönümlü təcrübəsi ilə diqqət çəkir. İstər gündəlik işlər, istər əyləncə, istərsə də alış-veriş üçün AppGallery artıq mobil həyatın mərkəzində dayanır və Azərbaycanda milyonlarla istifadəçi üçün etibarlı seçimə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
qafqazinfo.az

1Sources