EN

“Dünən Cabirlə bir yerdə toyda idik" - Zamiq Hüseynov danışdı

"Dünən bir yerdə toyda idik... Qucaqlaş, öp, bağrına bas, rəqs et. Sən demə sonuncu dəfə imiş".

Olaylar.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial şəbəkədə yazıb. O, Əməkdar artist Cabir İmanovun vəfat etməsindən bəhs edib:

"Çox heyf! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülərüz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, Dostum".

Qeyd edək ki, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
13
olaylar.az

10Sources