EN

Klaus Müller: Fintech-in inkişaf tempi ənənəvi telekommunikasiya və bank sektorlarını geridə qoyur

Dünya üzrə bankçılığın qlobal bazar ölçüsü bu gün təxminən 25 trilyon dollardırsa, telekommunikasiya bazarı 2,5 trilyon dollar təşkil edir. Maliyyə texnologiyaları (Fintech) isə artıq 0,5 trilyon dollarlıq bazara malikdir. Bu isə telekommunikasiya şirkətlərinin 20 faizinə bərabərdir,”

Teleqraf xəbər verir ki, bu barədə Bakcell-in baş icraçı direktoru Klaus Müller Bakıda keçirilən İnmerge İnnovasiya Sammitində bildirib.

K.Müller qeyd edib ki, bankçılıq və telekommunikasiya sahələrinin illik artım tempi 4–5% arasında dəyişir. Lakin Fintech üçün bu rəqəm 20–25% təşkil edir:
“Əgər bu dinamika davam edərsə, 10 ildən sonra Fintech bazarının həcmi telekommunikasiya bazarına tam bərabərləşəcək. Bu, böyük dəyərin bölüşdürülməsi üçün yeni imkanlar açacaq,” – deyə Müller əlavə edib.

Onun sözlərinə görə, telekommunikasiya şirkətləri üçün üç yol mövcuddur: bazarı görməzdən gəlmək, Fintech sahəsinə özləri daxil olmaq və ya əməkdaşlıq yolunu seçmək. Lakin hesab edirəm ki, uğurlu tərəfdaşlıq üçün telekom şirkətləri daha çevik yanaşma nümayiş etdirməlidirlər.-deyə o qeyd edib.

Chosen
9
teleqraf.com

1Sources