EN

ABŞ Energetika Nazirliyində “iqlim dəyişikliyi” ilə bağlı sözlərə qadağa qoyuldu - ÖZƏL

ABŞ Energetika Nazirliyinin Enerji Səmərəliliyi və Bərpaolunan Enerji İdarəsi əməkdaşlara "yaşıl", "dekarbonizasiya" və "iqlim dəyişikliyi" kimi söz və ifadələri işlətməməyi tapşırıb. Olaylar.az xəbər verir ki, bu barədə Politico qəzeti idarə daxilində yayılmış məktuba istinadən məlumat yayıb. Məktubda bildirilir ki, bütün əməkdaşlar qadağan olunmuş ifadələrin son siyahısı ilə tanış olmalı və ABŞ administrasiyasının mövqeyi ilə ziddiyyət təşkil edən terminlərdən istər daxili yazışmalarda, istərsə də ictimai çıxışlarda çəkinməlidirlər. Siyahıya "dayanıqlı", "enerji keçidi", "emissiyalar" və "karbon izi" kimi ifadələr də daxil edilib. Qəzet yazır ki, Energetika Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıqlara inanmadığını bildirərək bunu "ən böyük fırıldaq" adlandırıb. Onun administrasiyası bərpaolunan enerji sahəsində dəstək proqramlarını dayandırıb, əsas diqqəti isə fosil yanacaqlara yönəldib. İyul ayında Tramp günəş və külək enerjisinə dövlət subsidiyalarını ləğv edən fərman imzalayıb. Bundan əlavə, tətbiq edilən idxal rüsumlarının ABŞ-ın bərpaolunan enerji sektoruna ciddi zərbə vuracağı gözlənilir, çünki sənaye əsasən xarici təchizatlardan asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources