EN

Nazirlik Cabir İmanovun vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı nekroloq yayıb.

KONKRET.az nekroloqu təqdim edir:

“Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.

Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN “Əsrin çempionu” adına layiq görülüb. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru idi.

Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist” fəxri adı, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Chosen
9
17
konkret.az

10Sources