EN

Azərbaycan və Özbəkistan hərbçilərinin iştirakı ilə keçirilən “Məharət-2025” birgə təlimi başa çatıb

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Məharət-2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, təlim çərçivəsində təşkil olunan mədəni-kütləvi tədbirlər zamanı Azərbaycan hərbi kontingenti Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini, həmçinin Özbəkistan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhramanlığın və fədakarlığın rəmzi olan “Qələbə Parkı” və “Şan-Şərəf” Dövlət Muzeyini ziyarət ediblər.

Ssenariyə uyğun olaraq, təlim zamanı qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki fəaliyyətlər icra edilib.

Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Sonda “Məharət-2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimində fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

d263c18cbe8095b8d99ea7670af2272f

d1500edb0f62c3c922f9ec373d266e30

653157a278aa078fc1bce100dece6d13

0d8a5536dc9561d1a75fe42c358348c5

16bc78a1014c323c03b48d8c0fafd590

1cc83b7cad12bbbc20ffeaad3fd09d96

61d16002b32619b0a221f4ccc8d8956d

Chosen
11
17
poliqon.az

10Sources