EN

Şəhid Qədirov Elvinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Zaqatala rayonunun Suvagil kəndində şəhid Qədirov Elvinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkili Asif Əsgərov, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti və Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin müqəddəs məzarları ziyarət olunub, gül dəstələri düzülərək ruhlarına dualar oxunub. Daha sonra təşkil olunan tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov Vətən uğrunda canından keçən qəhrəmanların şücaətindən danışaraq, şəhid adının ən uca zirvə olduğunu xüsusi vurğulayıb.
Millət vəkili qeyd edib ki, bu gün müstəqil və azad Azərbaycanda yaşamağımız şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün olub. O, şəhid ailələrinin daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olduğunu bildirib, onların qayğı və müraciətlərini dinləyərək aidiyyəti üzrə nəzarətə götürüb.

Tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş igidlərin xatirəsinin xalqımızın qəlbində daim əbədi yaşayacağını bildiriblər.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Chosen
3
2
sabahinfo.az

3Sources