EN

Putin 135 min nəfəri orduya çağırdı 18 30 yaşlı şəxslərlə bağlı fərman verildi

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin müddətli həqiqi hərbi xidmətə çağırışçıların payızda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

“AzPolitika” xəbər verir ki, bu fərmana əsasən, 18-30 yaşlı 135 min nəfər hərbi xidmətə çağırılacaq.

Sentyabrın 24-də Rusiya Dövlət Duması gələn il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilən, ilboyu hərbi xidmət haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu qanuna əsasən, vətəndaşlar ildə iki dəfə – aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək davam edən müddətlərdə, həmçinin yanvarın 1-dən dekabrın 31-dək istənilən vaxt həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Artıq hərbi komissarlıqlar ilboyu çağırışçıların tibbi və psixoloji müayinəsini həyata keçirə, həmçinin çağırış komissiyalarının mütəmadi iclaslarını təşkil edə biləcəklər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
azpolitika.info

2Sources