EN

Snoop Dogg 2026 cı il Olimpiadasında NBC nin xüsusi müxbiri olacaq

ain.az, Oxu.az saytına istinadən bildirir.

Məşhur amerikalı rep ifaçısı və aktyor Snoop Dogg (Kelvin Kordozar Brodus) 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında NBC telekanalının xüsusi müxbiri qismində çıxış edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə telekanalın Mətbuat Xidməti məlumat yayıb.

Oyunlar ərzində Snoop Dogg aparıcı Mayk Tiriko ilə birlikdə efirə çıxacaq, həmçinin Olimpiadanın keçirildiyi şəhərlərdə görməli yerlərə baş çəkəcək, yarışları izləyəcək, idmançılar və onların ailələri ilə ünsiyyət quracaq.

"Olimpiada dünyanın ən böyük səhnəsidir. Hamının bildiyi kimi, mən idmanı, insanları birləşdirməyi və onlara sevinc bəxş etməyi sevirəm", - deyə sənətçi bildirib.

Qeyd edək ki, Snoop Dogg Paris Olimpiadasında da əsas simalardan biri olmuşdu: o, olimpiya məşəlini daşıyıb, bağlanış mərasimində iştirak edib, breyk-dans yarışlarında və digər tədbirlərdə yer almışdı. Bundan əvvəl, 2021-ci ildə Tokio Olimpiadası zamanı "Peacock" platformasında aparıcı Kevin Hartla birlikdə şou təqdim edib.

2026-cı il Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində Milan və Kortina-d'Ampetso şəhərlərində keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
2
oxu.az

3Sources