ain.az, Qol.az portalına istinadən məlumat verir.
2026-cı ildə İspaniya Superkubokunun keçiriləcəyi ölkə müəyyənləşib. Yarış Səudiyyə Ərəbistanında təşkil olunacaq.
QOL.az xəbər verir ki, bu haqda həmin ölkınin Futbol Federasiyası məlumat yayıb.
İspaniya Superkuboku – 2026-cı ilin 7-11 yanvar tarixlərində 4 komandanın (“Barselona”, “Real” Madrid, “Atletik” Bilbao və Madrid “Atletiko”su) iştirakı ilə keçiriçək.
Xatırladaq ki, 2025-ci ildə də İspaniya Superkuboku Səudiyyə Ərəbistanında təşkil olunub. Həmin turnirin qalibi finalda Madrid “Real”ını 5:2 hesabı ilə məğlub edən “Barselona” olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.