EN

Tramp Oval Ofisindəki qızıl əşyaları nümayiş etdirdi – 24 karatlıq qızıldan hazırlananlar da var…


ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval Ofisini və Administrasiyanın brifinq zalını bəzəyən qızıl əşyaları nümayiş etdirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabına video dərc edib.  
“Xarici liderlər hamı kimi, keyfiyyət və gözəllik görəndə “ağıllarını itirirlər”, - o bildirib.
 Donald Tramp əlavə edib ki, bəzəklərdən bir neçəsi 24 karatlıq qızıldan hazırlanıb.
Onun sözlərinə görə, bu, indiyə qədər mövcud olmuş ən yaxşı Oval Ofisdir.
Qeyd edək ki, aprel ayında ABŞ prezidenti “The Atlantic” jurnalına Ağ Evin interyerini öz vəsaiti hesabına təmir etdirdiyini bildirib.
Chosen
40
yeniavaz.com

1Sources