EN

II Liqa: "Qaradağ Lökbatan" liderliyə yüksəldi

Azərbaycan II Liqasında 4-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 3 matç baş tutub. 

Üçüncü pillədə qərarlaşan "Qaradağ Lökbatan" səfərdə "Araz Saatlı" ilə qarşılaşıb. Qəzənfər Abbasovun baş məşqçisi olduğu komanda Saatlıda inamlı qələbə qazanaraq azı bir günlük şərikli liderliyə yiyələnib.

"Quba" turnir cədvəlinin ortalarında yaxın qonşusu olan "Ağdaş"la məhsuldar heç-heçəyə razılaşıb. 

"Dinamo" -  "Göygöl" qarşılaşmasında isə "polislər" ilk xal həsrətinə son qoyublar. 

Azərbaycan II Liqası
4-cü tur
29 sentyabr 

“Araz Saatlı” – “Qaradağ Lökbatan” 0:3
Qollar:
 Sabir Allahquliyev, 19. Ramil Orucov, 29. Tofiq Nəsibov, 43. 

“Ağdaş” – “Quba” 2:2
Qollar: 
Yusif Yusifzadə, 50. Oleq Xəlilov, 61 - Vidadi Cəfərov, 3. Nihad Mollayev, 46.

“Dinamo” – “Göygöl” 1:1
Qollar:
 Xəyal Qocayev, 80 - Əlibala Ağayev, 63-öz qapısına.

Chosen
148
3
fanat.az

5Sources