Azərbaycan II Liqasında III tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə üç oyun keçirilib.
Lider "Şəki Siti" "Qaradağ Lökbatan"ı qonaq edib. Lökbatanlılar paytaxtdakı "Rekord Arena"da baş tutan məhsuldar görüşdə gözlənilmədən Bəhmən Həsənovun baş məşqçisi olduğu bölgə təmsilçisi üzərində qələbə qazanıblar.
Çempionluğa iddialılardan olan "Xankəndi" "Ağstafa Gəncləri" ilə səfər qarşılaşmasında 3 xalı çətinliklə əldə edib.
"Kür-Araz" ilə "Araz-Saatlı"nın duelində isə 5 qol qeydə alınıb. Meydan sahibləri minimal üstünlüklə 3 xalı bayram ediblər.
Azərbaycan II Liqası
III tur
23 sentyabr
“Şəki Siti” – “Qaradağ Lökbatan” 2:3
Qollar: Cavid İmamverdiyev, 81; 90-pen. - Ramil Orucov, 23; 59. Tofiq Nəsibov, 49-pen.
“Kür-Araz” – “Araz Saatlı” 3:2
Qollar: Asim Quliyev, 17. Vüsal Səfərov, 45+2. Rəvan Quluzadə, 72 - Yaqub Yusifov, 34. Rəvan Əvəzov, 61.
“Ağstafa Gəncləri” – “Xankəndi” 0:1
Qol: Tural Qürbətovv, 60.