EN

Nepalın keçmiş baş nazirinə səyahət qadağası qoyuldu

Keçmiş hakim Qauri Bahadur Karkinin rəhbərlik etdiyi Nepalın istintaq komissiyası keçmiş baş nazir Oli Şarmanın xaricə getməsinə müvəqqəti qadağa qoyub. 

HİT.az xəbər verir ki, qadağa ölkədə nümayişçilərin ölüm hallarının araşdırılması çərçivəsində keçmiş hökumətin daha dörd üzvünə şamil edilir.

"Khabarhub"un məlumatına görə, keçmiş daxili işlər naziri Rameş Lexak və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Xute Rac Tapanın da ölkədən çıxışı qadağan edilib: "Onlardan istənilən vaxt istintaq üçün komissiya qarşısına gəlmələri tələb oluna bildiyi üçün səyahət qadağasının tətbiqi zəruri hesab olunur".

Sentyabrın 8 və 9-da Nepalda yerli sakinlərin korrupsiyada ittiham etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilib. İlk gündə polis dəyənək, gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edərək azı 19 nəfəri öldürüb. Ertəsi gün səhər saatlarında Oli Şarma istefa verdiyini elan edib.

Etirazlar daha sonra iğtişaşlara çevrildi, hökumət binaları yandırılıb və ölənlərin sayı 74-ə yüksəlib. Nepalın müvəqqəti hökuməti hücumları, ölümləri və maddi ziyanı araşdırmaq üçün məhkəmə komissiyası yaradıb.

Samir

Chosen
7
hit.az

1Sources