EN

Universitet “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsü üzrə beynəlxalq tədbirdə təmsil olunub

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Universitetinin nümayəndə heyəti ali təhsil müzakirələrinin beynəlxalq platformalarından biri olan “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsünün altıncı iclasında iştirak edib. İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Avrasiya universitetlərinin brendinqi və strategiyası: kimlik və qlobal ambisiyalar arasında balans” mövzusunda keçirilən görüşdə universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova təmsil ediblər. Tədbirin əsas məqsədi Avrasiya ali təhsil məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını araşdırmaq, qlobal təhsil sisteminə inteqrasiya prosesində hər bir universitetin özünəməxsusluğunu qorumağın yollarını müzakirə etmək olub. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Qazaxıstanın Almatı Menecment Universitetinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “Qlobal kontekstdə yerli kimlik”, “Avrasiya universitetləri: dəyərlər, mədəniyyət və missiya vasitəsilə inkişaf” və “Avrasiya universitetlərinin rəqəmsal strategiyası və beynəlmillələşmə” kimi aktual mövzular üzrə panel müzakirələr aparılıb.

Qeyd edək ki, "Rektorlar klubu: Mərkəzi Asiya+" platforması Mərkəzi Asiya ölkələri və tərəfdaş dövlətlərin ali təhsil müəssisələrinin rəhbərləri üçün təcrübə mübadiləsi, ən yaxşı idarəçilik təcrübələrinin müzakirəsi üçün platforma rolunu oynayır. 

Mustafa KamalXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
xalqqazeti.az

2Sources