EN

Onların hər üçü ürəktutmadan vəfat etdi... - KVN-çilərin oxşar taleyi

Bəzən yollar heç gözləmədiyin anda kəsişər. Bir neçə fərqli insan, bir neçə fərqli həyat, bəzən isə həyatları kimi ölümləri də eyni olur…

Sonda o insanlar öz taleləri ilə birlikdə bir hekayədə birləşərlər. 

Elə Anar Məmmədxanov, Cabir İmanov və Elçin Həmidov kimi...
 
Onların hər üçünü KVN və Parni iz Baku səhnəsi birləşdirsə də, eyni taleni yaşamaq da Allahın bir yazısı idi...
 
Hər üç aktyoru birləşdirən ən ağır bağ isə cavan yaşda və eyni səbəbdən vəfat etməkləri oldu.
 
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, sabiq millət vəkili və "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov 2011-ci ilin 23 aprel tarixində qəfil ürəktutmasından vəfat edib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, o, ürək-damar çatışmazlığı səbəbindən dünyasını dəyişib. Ölüm xəbəri ictimaiyyətdə dərin kədər doğurub. O, vəfat etdiyi zaman cəmi 40 yaşında idi.
 
Azərbaycan mədəniyyətinə özünəməxsus töhfələr vermiş, milyonların qəlbində silinməz iz qoymuş əməkdar artist Elçin Həmidov da 52 yaşında ürəktutmasından vəfat edib. Onun nəşi FHN əməkdaşlarının evinə girməsindən sonra aşkarlanmışdı.  
 
Teatr və televiziya tamaşalarından tutmuş, filmlərdə canlandırdığı obrazlara qədər hər rola həyat verən Elçin, istər komik, istərsə də dramatik səhnələrdə öz təbiiliyi ilə seçilirdi. 
 
Və Cabir İmanov... Cabir İmanov, 1992-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvü olub, komanda 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci ildə ŞHK "Əsrin Çempionu" olmuşdur. 
 
O bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə "Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub. Ailəli idi, 4 övladı var.
 
 

Chosen
26
7news.az

1Sources