EN

“Azərbaycan Respublikası Audiovizual Şurasında Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib”

29 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov II Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüşüb.

İsmət Səttarov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu qeyd edib, belə tədbirlərin iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə "Yol Xəritəsi"nin əhəmiyyətinə toxunan Audiovizual Şuranın sədri bildirib ki, Azərbaycan və Özbəkistan media qurumları, o cümlədən yayımçılar arasında əməkdaşlıq sürətlə inkişaf edir.

Özbəkistan nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin hazırki vəziyyətindən məmnunluğunu ifadə edib. Media sahəsində birgə layihələrin icrası üçün geniş potensialın olduğunu qeyd edən Dilşod Saidjanov bildirib ki, qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi münasibətlərin dərinləşməsində çox böyük rol oynayır. 

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

XQ

Chosen
18
6
xalqqazeti.az

8Sources