AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Baku Sportinq” – “Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib.


MOİK – “Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.