EN

“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”,regionun ən böyük innovasiya tədbiri – “İNMerge” sammitinə platinsponsor qismində dəstək göstərir.

"PASHA Holding"in təşkilatçılığı ilə 29–30 sentyabr 2025-ci ildəBakı Konqres Mərkəzində keçirilən sammitin məqsədi startaplarlainvestorları bir araya gətirərək səmərəli əməkdaşlıq üçün platformayaratmaq, ekosistem iştirakçıları arasında ideya və təcrübəmübadiləsini təşviq etməkdir. Tədbirdə fintex, telekommunikasiya,e-ticarət və digər sahələrdən olan qlobal liderlər və innovatorlargörüşüb. Sammit iştirakçılar üçün beynəlxalq tərəfdaşlıqlar qurmaqvə regionun innovasiya gündəmini formalaşdıran simalarla ünsiyyətimkanı yaradan strateji şəbəkələşmə mərkəzinə çevrilib.

Bu il “PAŞA Bank” sammit çərçivəsində “Məsuliyyətli bankçılıq”mövzusuna həsr olunmuş vertikala ev sahibliyi edir. Buradaməsuliyyət bank sektorunda sadəcə bir standart və ya meyl kimideyil — bütövlüyün, etibarın və uzunmüddətli dəyər yaratmağınayrılmaz tələbi kimi təqdim olunur. Sessiyalarda biznesin cəmiyyətəverə biləcəyi real fayda, dayanıqlı maliyyə ekosistemininqurulmasında innovasiyanın rolu və qlobal transformasiyalarınregiona təsiri müzakirə olunur.

Tədbirin diqqətçəkən məqamlarından biri isə “PAŞA Bank”stendində təqdim olunan interaktiv “CX Hero Challenge” oyunudur.Məsuliyyətli bank olaraq innovasiyanın müştəri mərkəzli mahiyyətinivurğulayan “PAŞA Bank” bu oyun vasitəsilə iştirakçılara müxtəlifbiznes personalarının baxış bucağından bank xidmətlərini sınaqdankeçirmək, xal toplamaq və rəqəmsal həllərin üstünlüklərindənyararlanmaq imkanı təqdim edir. Bu yanaşma Bankın müştəritəcrübəsinə verdiyi strateji önəmi, rəqəmsal innovasiyalarasadiqliyini və dayanıqlı inkişaf prinsiplərinə bağlılığını nümayişetdirir.

“PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev vertikalınaçılışı zamanı bildirib ki, Bankın “INMerge” sammitində iştirakıhəm regionda məsuliyyətli bankçılıq və innovasiya standartlarınıyüksəldir, həm də bankın müştəri yönümlü, texnoloji və stratejiliderliyini bir daha təsdiqləyir.

"Bizim əsas məqsədimiz yalnız bank xidmətləri göstərmək deyil, həmdə müştərilərimizin ehtiyaclarını ön planda saxlayaraq innovativ vəməsuliyyətli bankçılıq praktikalarını inkişaf etdirməkdir. INMergesammitində iştirakımız və “CX Hero Challenge” adlı oyun vasitəsilətəqdim etdiyimiz interaktiv təcrübə, bu yanaşmamızın canlınümunəsidir," – deyə, Cavid Quliyev bildirib.

Məsuliyyətli bankçılıq yanaşması maliyyə institutlarının yalnıziqtisadi deyil, eyni zamanda sosial və ekoloji sahələrdə dədayanıqlı təsir göstərməsini nəzərdə tutur. Bu konsepsiya şəffafqərarverməni, ətraf mühitə qayğını, cəmiyyət üçün fayda yaratmağıvə uzunmüddətli dəyərin qorunmasını əsas götürür. Etibarlı maliyyətərəfdaşı kimi “PAŞA Bank” korporativ sektorda məsuliyyətlibankçılığın inkişafına dəstək verməkdə və Azərbaycanıniqtisadiyyatının dayanıqlı inkişafına töhfə göstərməkdəqətiyyətlidir.

Məqalədə:
Chosen
27
7
az.trend.az

10Sources