EN

Zelenski tərəfdaşlara birgə müdafiə qalxanı təklif edir

Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Polşa və digər tərəfdaş ölkələrə Rusiyanın hava təhdidlərinə qarşı birgə müdafiə sistemi yaratmağı təklif edib.

Reyting.az
xəbər verir ki, o, bu barədə bazar ertəsi Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Zelenski son vaxtlar Polşa və Estoniyada hava məkanının pozulmasını, həmçinin Şimali Avropada naməlum dronlarla bağlı insidentləri xatırladıb. O hesab edir ki, Rusiya bununla hara qədər gedə biləcəyini sınaqdan keçirir.

Zelenski əlavə edib ki, Rusiyanın hərəkətlərinə bütün mövcud imkanlardan istifadə etməklə birgə, sürətli cavab verilməlidir.

"Ukrayna təklif edir ki, Polşa və bütün tərəfdaşlarımız Rusiyanın hava təhdidlərinə qarşı birgə, həqiqətən etibarlı qalxan yaratsın. Bu, mümkündür", - Zelenski bildirib.

Məlum olduğu kimi, Avropa İttifaqı hazırda Ukraynada özünü sübut edən texnologiyalara arxalanaraq “dron divarı” yaratmaq ideyasını müzakirə edir.

E. KAMAL
Chosen
8
1
reyting.az

2Sources