EN

Nazir: Azərbaycanda şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır

Azərbaycanda təhsil nəticələrinə baxanda görürük ki, şagirdlərin (əsasən 4-cü və ya 10-cu sinif şagirdlərinin) üçdə biri funksional savadlılıq səviyyəsinə belə çatmır.

APA-Economics” xəbər verir ki, bunu “INMerge” innovasiya sammiti çərçivəsində təşkil edilən panel müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Belə olduqda məktəblərdə sahibkarlığən tədrisindən danışmazdan əvvəl bu savadlılıq problemini həll etmək lazımdır. Bu, Elm və Təhsil Nazirliyinin əsas mövzularından biridir”, - nazir qeyd edib.

O, təhsil sektorunda müxtəlif bacarıqları inkişaf etdirməyin vacinliyindən danışıb:

“Bəzən təhsildə daha çox “soft skills”, yəni yumşaq bacarıqlardan danışılır və sərt (texniki) bacarıqlara ehtiyac olmadığı deyilir. Xeyr, sərt bacarıqlar mütləqdir, amma onlar təkbaşına kifayət etmir. Əgər yalnız yumşaq bacarıqlara fokuslansaq, məsələn, ideyaları təqdim etmə bacarığına, nəticədə insanlar gözəl danışa bilər, amma məzmun çatışmazlığı olacaq. Həqiqətən də innovasiya üçün güclü mühəndislərə, yaxşı riyaziyyatçılara və güclü baza biliklərinə sahib insanlara ehtiyac var. Hüquq bazasını formalaşdırmaq üçün hüquq bilənlər, iqtisadiyyatda sabitlik üçün əsaslı biliklər olan mütəxəssislər lazımdır. Onlar bəzən görünməsələr də, hər zaman bu prosesin içində olurlar. Uğurlu olmaq üçün mütləq məktəbi tərk etmək lazım deyil. Bəzən tələbələr uğurlu iş adamlarının və ya professorların məktəbdən ayrılmasını görüb, bunu ümumi qayda kimi qəbul edirlər. Amma bu, yalnız istisna hallardır, əsas kütlə isə tamam başqa reallıqdır. Əsas məsələ odur ki, milli təhsil sistemində fundamental savadlılıq və əsas baza möhkəm olmalıdır. Bunun üzərinə yumşaq bacarıqlar – yaradıcılıq, innovativ düşüncə və digər əlavə bacarıqlar əlavə olunmalıdır. Amma güclü baza olmadan yalnız yumşaq bacarıqların üzərində qurmaq mümkün deyil”.

Chosen
14
3
apa.az

4Sources